Yaponiya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonası

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonasını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, bütün traslarda iki DRS zonası olsa da, Suzuka trasında Formula1 sürücülərini cəmi bir DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə trasda cüzi dəyişikliklər edilib: 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci, 9-cu, 11-ci və 13-cü döngələrdə təkərlərdən ibarət əlavə baryerlər quraşdırılıb. İlk iki döngənin çıxışında yeni ikiqat porebrik döşənib, süni ot örtüyü isə asfaltla əvəzlənib.

Hər il olduğu kimi, Suzukada sürücüləri cəmi bir DRS zonası gözləyir – geridə olan sürücü arxa qanadın hərəkətli elementini yalnız start düzlüyündə aktivləşdirə biləcək. Maşınlar arasında interval 16-cı döngəyə 50 metr qalmış ölçüləcək, aktivasiya nöqtəsi isə finiş xəttinə 100 metr qalmış yerləşəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*