Yaponiya-2017: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, Sinqapur və Malayziyada sürücülərdən heç kimi cərimə olunmasa da, dünən baş tutmuş Yaponiya Qran Prisindən sonra stüardlar Fernando Alonsonun superlisenziyasına 2 cərimə balı yazıblar – ispaniyalı sürücü mavi bayraqlara məhəl qoymayaraq, liderləri arxasında ləngidərək, könülsüz irəli buraxıb. Qeyd edək ki, ispaniyalı sürücü son 12 ayda birinci cərimə ballarını “qazanıb”.

Növbəti yarışa iki həftə sonra Amerikada keçiriləcək – keçən il Ostində hazırda “turnir cədvəlinə” başçılıq edən sürücülər fərqlənmişdilər, amma bu dəfə yarış bir gün tez keçirildiyi üçün ballar səhəri gün yanacaq…

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə 5-ci cərimə 6-cı cərimə
1 26 Daniil Kvyat 10 2 (ABŞ, 2016) 1 (Meksika, 2016) 2 (Kanada, 2017) 2 (Avstriya, 2017) 2 (Britaniya, 2017) 1 (Macarıstan, 2017)
2 20 Kevin Maqnussen 7 2 (ABŞ, 2016) 1 (Rusiya, 2017) 2 (Kanada, 2017) 2 (Macarıstan, 2017)
3 30 Colion Palmer 6 2 (Əbu Dabi, 2016) 3 (Çin, 2017) 1 (İtaliya, 2017)
4 5 Sebastyan Fettel 5 2 (Meksika, 2016) 3 (Azərbaycan, 2017)
5 2 Stoffel Vandorn 5 1 (Rusiya, 2017) 2 (İspaniya, 2017) 2 (Avstriya, 2017)
6 19 Felipe Massa 5 2 (Braziliya, 2016) 3 (Belçika, 2017)
7 55 Karlos Sayns 5 1 (Meksika, 2016) 2 (Bəhreyn, 2017) 2 (Kanada, 2017)
8 27 Niko Hülkenberq 4 4 (Çin, 2017)
9 33 Maks Ferstappen 3 1 (Meksika, 2016) 2 (Macarıstan, 2017)
10 11 Serxio Peres 3 2 (Monako, 2017) 1 (Belçika, 2017)
11 7 Kimi Rəykkönen 3 3 (Belçika, 2017)
12 8 Roman Qrojan 3 3 (Çin, 2017)
13 31 Esteban Okon 2 2 (Braziliya, 2016)
14 44 Lyuis Həmilton 2 2 (Bəhreyn, 2017)
15 94 Paskal Verlyayn 2 2 (İspaniya, 2017)
16 22 Censon Batton 2 2 (Monako, 2017)
17 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*