Cümə günü məşqlərə yağış mane olub. Gecə yağış yağsa da, bu gün səhərki məşqlərin startına qədər tras quruyub və sürücülər dünənki vaxt itkisini qismən kompensasiya edə biliblər. Lakin bugünkü sessiya da insidentsiz ötüşməyib – Bottas və Rəykkönen qəza ediblər. Ferrari mexanikləri Kiminin ötürmələr qutusunu dəyişmək üçün intensiv çalışıblar və sıralanma turu başladıqdan sonra işi yekunlaşdıra biliblər.
Sıralanma turundan əvvəl startda 5 sürücünün – güc qurğusunu dəyişdiyi üçün Alonsonun 35, Sayns və Palmerin 20, ötürmələr qutusunu dəyişdiyi üçün isə Bottas və Rəykkönenin 5 yer itirəcəyi məlum idi.
Pirelli Suzukaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib.
İlk sessiyada Həmilton və Fettel Soft, digər sürücülər isə SuperSoft təkərlərlə trasa yollanıblar. Bottas idarəetməni itirib, amma maşını baryerə çırpılmaqdan qoruya bilib. Həmilton 1:29.047-lik nəticə göstərib. Sessiya son dəqiqələrdə qırmızı bayraqlarla saxlanılıb. Qrojan qəzaya uğrayıb. Sürücü kokpiti özü tərk etsə də, hər ehtimala qarşı tibbi mərkəzə göndərilib. Sona olduqca az vaxt qaldığından, sessiyaya restart verilməyib. Qrojan, Qasli, Stroll, Eriksson və Verlyayn mübarizəni dayandırıblar.
İkinci sessiyaya Soft təkərlə başlayan sürücülər Rəykkönen və Bottas olublar. Həmilton ilk cəhdində trasın yeni rekordunu müəyyənləşdirib – 1:27.819. Rikkardo, Rəykkönen və Ferstappen ikinci cəhdlərindən imtina ediblər. Bottas SuperSoft təkərlərlə trasa qayıdıb. Vandorn, Hülkenberq, Maqnussen, Palmer və Sayns üçüncü sessiyaya keçə bilməyiblər.
Final sessiyasında Həmilton elə ilk cəhdində 1:27.345-lik nəticə göstərib və komanda yoldaşını 0.6 saniyə üstələyib. Rəykkönen sürətli dövrəsində səhvə yol verib və dövrəsini tamamlamadan boksa qayıdıb. Lyuis ikinci cəhdində nəticəsini daha da yaxşılaşdırıb – 1:27.319. Bottas isə ikinciliyi Fetteldən geri alıb.
Lyuis Həmilton mövsümdə 10-cu, karyerasında isə 71-ci poulunu qazanıb. Bu, Lyuisin Suzukada ilk pouludur və britaniyalının poul qazandığı 26-cı trasdır.
Sabah startda Rəykkönen və Bottas yer itirəcəklər. Yarışa Həmiltonun yanından çempionatdakı əsas rəqibi Fettel başlayacaq. Arxa cərgədə isə Red Bull sürücüləri olacaqlar…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:29.047 | 7 | 1 | 1:27.819 | 5 | 1:27.319 | 6 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 4 | 1:29.332 | 5 | 3 | 1:28.543 | 5 | 1:27.651 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 5 | 1:29.352 | 6 | 2 | 1:28.225 | 6 | 1:27.791 | 7 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 6 | 1:29.475 | 4 | 5 | 1:28.935 | 3 | 1:28.306 | 6 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:29.181 | 3 | 4 | 1:28.747 | 3 | 1:28.332 | 6 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 2 | 1:29.163 | 5 | 6 | 1:29.079 | 5 | 1:28.498 | 5 |
7 | 31 | Esteban Okon | Force İndia | 8 | 1:30.115 | 4 | 7 | 1:29.199 | 6 | 1:29.111 | 6 |
8 | 11 | Serxio Peres | Force İndia | 7 | 1:29.696 | 5 | 8 | 1:29.343 | 6 | 1:29.260 | 6 |
9 | 19 | Felipe Massa | Williams | 10 | 1:30.352 | 4 | 9 | 1:29.687 | 6 | 1:29.480 | 6 |
10 | 14 | Fernando Alonso | McLaren | 12 | 1:30.525 | 4 | 10 | 1:29.749 | 6 | 1:30.687 | 3 |
11 | 2 | Stoffel Vandorn | McLaren | 14 | 1:30.654 | 5 | 11 | 1:29.778 | 6 | ||
12 | 27 | Niko Hülkenberq | Renault | 9 | 1:30.252 | 4 | 12 | 1:29.879 | 6 | ||
13 | 20 | Kevin Maqnussen | Haas | 15 | 1:30.774 | 5 | 13 | 1:29.972 | 6 | ||
14 | 30 | Colion Palmer | Renault | 11 | 1:30.516 | 4 | 14 | 1:30.022 | 6 | ||
15 | 55 | Karlos Sayns | Toro Rosso | 13 | 1:30.565 | 5 | 15 | 1:30.413 | 6 | ||
16 | 8 | Roman Qrojan | Haas | 16 | 1:30.849 | 5 | |||||
17 | 10 | Pyer Qasli | Toro Rosso | 17 | 1:31.317 | 7 | |||||
18 | 18 | Ləns Stroll | Williams | 18 | 1:31.409 | 6 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:31.597 | 7 | |||||
20 | 94 | Paskal Verlyayn | Sauber | 20 | 1:31.885 | 7 |