F-1.az bildirir ki, start bir neçə dəfə təxirə salındıqdan sonra yağışın zəifləməsi yerli vaxtla saat 14:45-də sessiyaya başlamağa imkan verib – pit-leynin sonunda yaşıl işıq yanıb. Güclü yağış təkərlərilə trasa ilk olaraq Kim Rəykkönen çıxıb. Amam sürücülər trasa çıxmağa tələsməyib – trasa çıxan 14 sürücüdən yalnız beş nəfəri tam dövrə vuraraq, nəticə göstərə bilib. Trasda su çox olduğu üçün sazlanmaların axtarışında söhbət belə getməyib. Növbəti iki gündə trasın quru olacağı əvvəlcədən bəlli olduğu üçün komandalar trasda aktiv işləməyiblər.
Sona 20 dəqiqə qalmış Stroll birinci döngədə trasdan çıxıb – kanadalı zədəsiz boksa qayıda bilib. Sessiyanın sonunda isə güclənən yağış bugünkü işləri vaxtından əvvəl yekunlaşdırmağa səbəb olub. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:48.719…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:48.719 | – | 4 |
2 | 31 | Esteban Okon | Force İndia | 1:49.518 | + 0:00.799 | 3 |
3 | 11 | Serxio Peres | Force İndia | 1:51.345 | + 0:02.626 | 3 |
4 | 19 | Felipe Massa | Williams | 1:52.146 | + 0:03.427 | 3 |
5 | 18 | Ləns Stroll | Williams | 1:52.343 | + 0:03.624 | 4 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | – | – | 1 |
7 | 27 | Niko Hülkenberq | Renault | – | – | 1 |
8 | 30 | Colion Palmer | Renault | – | – | 1 |
9 | 9 | Markus Eriksson | Sauber | – | – | 3 |
10 | 5 | Sebastyan Fettel | Ferrari | – | – | 1 |
11 | 14 | Fernando Alonso | McLaren | – | – | 2 |
12 | 94 | Paskal Verlyayn | Sauber | – | – | 2 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | – | – | 1 |
14 | 2 | Stoffel Vandorn | McLaren | – | – | 1 |
15 | 3 | Daniel Rikkardo | Red Bull | – | – | 0 |
16 | 8 | Roman Qrojan | Haas | – | – | 0 |
17 | 10 | Pyer Qasli | Toro Rosso | – | – | 0 |
18 | 20 | Kevin Maqnussen | Haas | – | – | 0 |
19 | 33 | Maks Ferstappen | Red Bull | – | – | 0 |
20 | 77 | Vlatteri Bottas | Mercedes AMg | – | – | 0 |