Yaponiya-2017: Həftəsonuna hava proqnozu

Qarşıdakı həftəsonuna hava proqnozu dəyişkən hava şəraiti vəd edir.

F-1.az avtodromun saytına istinadən bildirir ki, cümə günü çempionat iştirakçılarını yağışlı hava gözləyir, güclü şimal-şərq küləyi əsəcək, havanın temperaturu isə +18-ni aşmayacaq.

Şənbə günü külək kəsəcək, nahardan sonra yağış da dayanacaq, termometrlərin şkalası isə +23 dərəcəyədək qızaracaq.

Bazar günü yağıntı gözlənilmir, havanın hərarəti də +26 dərəcəyədək qızacaq.

Bir daha xatırladaq ki, keçən il Suzukada 3-cü məşqlər qurumaqda olan trasda, digər sessiyalar isə tam quru trasda baş tutmuşdular…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*