Yaponiya-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər əfsanəvi Suzuka trasında mövsümün lideri lyuis Həmiltonu əsas favorit hesab edirlər. Maraqlıdır ki, son yarışın triumfatoru Maks Ferstappenin qələbə şansları titula digər namizəd Sebastyan Fettelin şansları ilə bərabər tutulub. Top-komandaların sürücüləri arasında ən az Valtteri Bottasın şansları dəyərləndirilib.

Yaponiya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.37
Maks Ferstappen, Sebastyan Fettel 4.50
Daniel Rikkardo 6.50
Kimi Rəykkönen 13.00
Valtteri Bottas 17.00

 

Keçən həftə Fettelin uğursuzluğu sayəsində çempionatda üstünlüyünü 34 xala çatdıran Həmilton bukmeykerlər tərəfindən praktiki olaraq titulu sahibi elan olunub. Almaniyalı sürücünün şansları isə çox aşağıdır…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.08
Sebastyan Fettel 7.00
Valtteri Bottas 201.00

 

Bukmeykerlərin fikrincə, Mühəndislər Kuboku uğrunda mübarizə faktiki olaraq başa çatıb…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.00
Ferrari 51.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*