F-1.az bildirir ki, sürücülər dərhal trasa tələsiblər və fəal işləməyə başlayıblar. Çünki Suzukada hava hər an dəyişə bilərdi. İlk 10 dəqiqədə sürücülər dəfələrlə yağışın başladığını deyiblər, lakin hər şey bir neçə damcı ilə kifayətlənib.
Dərhal məlum olub ki, Suzukada sürətlər digər traslarla müqayisədə daha çox artıb. Ötən il ilk sessiyanın ən yaxşı nəticəsini Həmilton elə ilk dövrədə keçib. Poul nəticəsini isə startdan 12 dəqiqə sonra Bottas üstələyib. Sürücülər trasın mütləq rekorduna – Mixael Şumaxerin 2006-cı ildə göstərdiyi 1:28.954-lük nəticəyə çox yaxınlaşıblar.
Yağış hələ başlamasa da, sessiya bir saatın tamamında qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Saynsın qəza etməsi olub. İspan sürücü 11-ci döngənin çıxışındakı porebrikin üstünə çıxıb, idarəetməni itirirərək trasdan çıxıb və maşın baryerlərə çırpılıb. Zərbə kifayət qədər güclü olub. Ön asılqan demək olar ki, tamamilə məhv olub, asfalta çox sayda qırıntılar səpələnib.
Sessiya 15 dəqiqə sonra davam etdirilib, lakin artıq hava şəraiti pisləşib və narın yağış yağmağa başlayıb. Buna baxmayaraq, sürücülər sliklərlə işləməyə davam ediblər. Bəziləri hətta nəticələrini yaxşılaşdırıblar. Lakin sona 5 dəqiqə qalmış yağış güclənib və hamı bokslara qayıdıb.
Protokollara Fettel başçılıq edib – 1:29.166. İkinci sərbəst yürüşlər Bakı vaxtı ilə saat 09:00-da start götürəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:29.166 | – | 23 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:29.377 | + 0:00.211 | 29 |
3 | 33 | Daniel Rikkardo | Red Bull | 1:29.541 | + 0:00.375 | 27 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:29.638 | + 0:00.472 | 22 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:30.151 | + 0:00.985 | 30 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:30.762 | + 0:01.596 | 26 |
7 | 31 | Esteban Okon | Force İndia | 1:30.899 | + 0:01.733 | 22 |
8 | 27 | Niko Hülkenberq | Renault | 1:30.974 | + 0:01.808 | 24 |
9 | 8 | Roman Qrojan | Haas | 1:31.032 | + 0:01.866 | 22 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:31.202 | + 0:02.036 | 24 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:31.216 | + 0:02.050 | 15 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:31.235 | + 0:02.069 | 19 |
13 | 11 | Serxio Peres | Force İndia | 1:31.530 | + 0:02.364 | 23 |
14 | 18 | Ləns Stroll | Williams | 1:31.602 | + 0:02.436 | 22 |
15 | 30 | Colion Palmer | Renault | 1:31.757 | + 0:02.591 | 22 |
16 | 19 | Felipe Massa | Williams | 1:31.912 | + 0:02.746 | 20 |
17 | 55 | Karlos Sayns | Toro Rosso | 1:32.252 | + 0:03.086 | 14 |
18 | 10 | Pyer Qasli | Toro Rosso | 1:32.501 | + 0:03.335 | 18 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:32.897 | + 0:03.731 | 29 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:33.397 | + 0:04.231 | 28 |