F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, hazırda Suzukada yağış yağır, amma səhər yağış dayanmalıdır. Asfalt üzərində əmələ gəlmiş rezin qatı yarışa qədər tam yuyulacaq. Ona görə də yarışın gedişində təkərlərlə problemlərin yaşanması gözlənilir.
Sürücülər yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 9:00-da) qızdırma dövrəsinə yollanacaqlar. Həmən vaxt səma buludlu olsa da, havanın hərarəti +21 dərəcəyə çatacaq. Yarışın gedişində yağışın yağma ehtimalı isə cəmi 10% təşkil edəcək…