F-1.az xəbər verir ki, trasın bəzi yerləri tam qurumadığından, ilk dəqiqələrdə heç kim boksdan çıxmayıb, ilk çıxan sürücülər isə yağış və keçid təkərlərindən istifadə ediblər.
Cümə günü keçirilən hər iki sessiyanı lider kimi tamamlayan Niko Rosberq bu dəfə də ən sürətli olub. Onun nəticəsi 1:32.092 olub və ikinci yeri tutan Daniel Rikkardonu 0.3 saniyə qabaqlayıb. Sebastyan Fettel 0.6 saniyə fərqlə üçüncü olub və onu Maks Ferstappenlə Kimi Rəykkönen izləyib. Lyuis Həmilton sessiyanı yeddinci yerdə başa vurub.
Görünür, Honda-nın vətənində McLaren-in işləri elə də yaxşı getmir. Fernando Alonso 11-ci olub. Hər üç sessiyada McLaren sürücüləri liderdən böyük fərqlə geri qalıblar. Karlos Saynsın maşınında texniki problem yaranıb və ispan sürücü cəmi 3 dövrə vura bilib.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:32.092 | – | 14 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | 1:32.394 | + 0:00.302 | 10 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:32.731 | + 0:00.639 | 13 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:32.784 | + 0:00.692 | 9 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:33.011 | + 0:00.919 | 12 |
6 | 19 | Felipe Massa | Williams | 1:33.271 | + 0:01.179 | 13 |
7 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:33.284 | + 0:01.192 | 12 |
8 | 30 | Colion Palmer | Renault | 1:33.639 | + 0:01.547 | 13 |
9 | 20 | Kevin Maqnussen | Renault | 1:33.639 | + 0:01.547 | 10 |
10 | 27 | Niko Hülkenberq | Force İndia | 1:33.646 | + 0:01.554 | 11 |
11 | 14 | Fernando Alonso | McLaren | 1:33.714 | + 0:01.622 | 12 |
12 | 21 | Esteban Qutyerres | Haas | 1:33.787 | + 0:01.695 | 16 |
13 | 77 | Valtteri Bottas | Williams | 1:33.865 | + 0:01.773 | 9 |
14 | 11 | Serxio Peres | Force İndia | 1:33.921 | + 0:01.829 | 11 |
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:34.037 | + 0:01.945 | 12 |
16 | 8 | Roman Qrojan | Haas | 1:34.272 | + 0:02.180 | 13 |
17 | 12 | Felipe Nasr | Sauber | 1:34.388 | + 0:02.296 | 12 |
18 | 9 | Markus Erikson | Sauber | 1:34.544 | + 0:02.452 | 13 |
19 | 22 | Censon Batton | McLaren | 1:34.548 | + 0:02.456 | 11 |
20 | 31 | Esteban Okon | Manor | 1:35.230 | + 0:03.138 | 13 |
21 | 94 | Paskal Verlyayn | Manor | 1:37.256 | + 0:05.164 | 10 |
22 | 55 | Karlos Sayns | Toro Rosso | 1:56.323 | + 0:24.231 | 3 |