Yaponiya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonası

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonasını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, bütün traslarda iki DRS zonası olsa da, Suzuka trasında Formula1 sürücülərini cəmi bir DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 3-cü döngənin əvvəlində, 3-cü və 4-cü döngələr arasındakı sahədə, 5-ci və 6-cı döngələr arasındakı sahədə, 10-cu döngədə, 13-cü döngənin əvvəlində və 15-ci döngədə drenaj qəfəsləri yerləşdiriblər. Qəfəslərlə birlikdə bu sahələrə suyun axması üçün xüsusi novçalar da quraşdırılıb. Bundan başqa 10-cu döngədən əvvəl torlu hasar da quraşdırılıb.

Hər il olduğu kimi, Suzukada sürücüləri cəmi bir DRS zonası gözləyir – geridə olan sürücü arxa qanadın hərəkətli elementini yalnız start düzlüyündə aktivləşdirə biləcək. Maşınlar arasında interval 16-cı döngəyə 50 metr qalmış, aktivasiya nöqtəsi isə finiş xəttinə 100 metr qalmış yerləşəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*