F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüş sessiyaları quru və isti havada keçmişdi. Gecə yağan yağışın və buludlu havanın nəticəsində bugünkü sərbəst yürüş sessiyasında trasın bəzi hissələrində az miqdarda su olub. Asfaltın istiliyi isə aşağı olub. Sıralanma turunda da havanın temperaturu və asfaltın istiliyi səhərki ilə eynilik təşkil edib – müvafiq olaraq +24 və +27 dərəcə. Pirelli Suzukaya Hard, Medium və Soft üçlüyünü gətirib.
Birinci sessiyaya Mercedes AMG və Red Bull sürücüləri ilə yanaşı, Valtteri Bottas da Medium təkərlərlə başlayıb. Sayns və Massa isə Hard təkərlərlə trasa çıxıblar. İlk cəhdlərdən sonra Rosberq ən yaxşı nəticəni göstərsə də, Soft təkərlərlə trasda olan Ferrari sürücüləri onu üstələyiblər. Fettelin nəticəsi 1:31.659 olub və komanda yoldaşı ondan 0.015 saniyə geri qalıb. Mercedes AMG, Ferrari və Force İndia sürücüləri ikinci cəhdlərinə çıxmayıblar. Batton, Maqnussen, Sauber və Manor sürücüləri ilk sessiyadan sonra mübarizəni dayandırıblar.
İkinci sessiyaya bütün sürücülər Soft təkərlərlə çıxıblar. Rosberq ən sürətli olub – 1:30.714. Sürətli dövrəsində trasdan bir qədər çıxan Həmilton ona 0.4 saniyə uduzub. Williams sürücüləri ilk cəhdə çıxmayıblar. İlk altılıqdakı yerləri toxunulmaz göründüyündən, Mercedes AMG, Ferrari və Red Bull sürücüləri sessiya ərzində trasa qayıtmayıblar. Qalan dörd yer uğrunda isə gərgin mübarizə gedib. Bu mübarizədən qalib ayrılan Haas və Force İndia komandaları olublar. Haas ilk dəfə hər iki sürücüsü ilə son sessiyaya keçərkən, Force İndia Mühəndislər Kubokundakı əsas rəqibi olan Williams komandasını üstələyib. Williams və Toro Rosso-nun sürücüləri, o cümlədən Alonso və Palmer mübarizəni dayandırıblar. Son yarışlarda yaxşı nəticələr əldə edən McLaren Suzukada gözlənilən nəticəni hələ ki, göstərə bilmir.
Son sessiyada ilk cəhdlərdən sonra Rosberqi 0.2 saniyə fərqlə üstələyən Həmilton protokollara başçılıq edib. Red Bull və Ferrari sürücüləri demək olar ki, eyni nəticələri göstəriblər – üçüncü və altıncı yerlər arasında cəmi 0.06 saniyə fərq olub. Haas və Force İndia komandalarının sürücüləri ilk cəhdə çıxmayıblar. İkinci cəhddə Həmilton nəticəsini bir qədər yaxşılaşdırsa da, poula kifayət etməyib. Niko Rosberq 1:30.647-lik nəticə ilə Suzukada ardıcıl 3-cü dəfə poulu qazanıb. Bu, alman sürücünün karyerasındakı 30-cu pouldur. Rəykkönen 3-cü, Fettel isə 4-cü olub. Ferstappen son yarışda qalib gəlmiş komanda yoldaşını üstələyib. Növbəti 4 yerin sahibləri isə, müvafiq olaraq, Peres, Qrojan, Hülkenberq və Qutyerres olublar.
Lider komandaların nəticələri bir-birinə yaxındır və sabah bizi çox maraqlı yarış gözləyir!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 3 | 1:31.858 | 4 | 1 | 1:30.714 | 3 | 1:30.647 | 6 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 4 | 1:32.218 | 4 | 2 | 1:31.129 | 3 | 1:30.660 | 6 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 2 | 1:31.674 | 3 | 4 | 1:31.406 | 3 | 1:30.949 | 6 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1 | 1:31.659 | 3 | 3 | 1:31.227 | 3 | 1:31.028 | 6 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 8 | 1:32.487 | 5 | 5 | 1:31.489 | 3 | 1:31.178 | 6 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 9 | 1:32.538 | 5 | 6 | 1:31.719 | 3 | 1:31.240 | 6 |
7 | 11 | Serxio Peres | Force İndia | 13 | 1:32.682 | 3 | 10 | 1:32.237 | 6 | 1:31.961 | 3 |
8 | 8 | Roman Qrojan | Haas | 7 | 1:32.458 | 8 | 8 | 1:32.176 | 6 | 1:31.961 | 3 |
9 | 27 | Niko Hülkenberq | Force india | 6 | 1:32.448 | 3 | 9 | 1:32.200 | 6 | 1:32.142 | 3 |
10 | 21 | Esteban Qutyerres | Haas | 11 | 1:32.620 | 6 | 7 | 1:32.155 | 6 | 1:32.547 | 3 |
11 | 77 | Valtteri Bottas | Williams | 5 | 1:32.383 | 7 | 11 | 1:32.315 | 4 | ||
12 | 19 | Felipe Massa | Williams | 10 | 1:32.562 | 7 | 12 | 1:32.380 | 4 | ||
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 12 | 1:32.645 | 5 | 13 | 1:32.623 | 6 | ||
14 | 55 | Karlos Sayns | Toro Rosso | 14 | 1:32.789 | 7 | 14 | 1:32.685 | 5 | ||
15 | 14 | Fernando Alonso | McLaren | 16 | 1:32.819 | 6 | 15 | 1:32.689 | 6 | ||
16 | 30 | Colion Palmer | Renault | 15 | 1:32.796 | 6 | 16 | 1:32.807 | 6 | ||
17 | 22 | Censon Batton | McLaren | 17 | 1:32.851 | 6 | |||||
18 | 20 | Kevin Maqnussen | Renault | 18 | 1:33.023 | 6 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:33.222 | 7 | |||||
20 | 12 | Felipe Nasr | Sauber | 20 | 1:33.332 | 7 | |||||
21 | 31 | Esteban Okon | Manor | 21 | 1:33.353 | 9 | |||||
22 | 94 | Paskal Verlyayn | Manor | 22 | 1:33.561 | 9 |