F-1.az xatırladır ki, Pirelli Yaponiyaya da bir həftə əvvəl olduğu kimi ən bərk təkər üçlüyünü gətirib.
Pol Hembri: “Suzukada baş tutacaq yarışı həmişə hamı səbirsizliklə gözləyir. Əlbəttə, yerli azarkeşlərin qonaqpərvərliyi də öz sözünü deyir – bu azarkeşlər Formula1-i sevirlər və bizim idmandan yaxşı baş çıxarırlar.
Bu il biz ilk dəfə olaraq Suzukaya Soft gətirmişik, ona görə də mümkün strateji variantların artmasını gözləyirik – şənbə günü sıralanma turunda artıq bunun şahidi olacayıq. Malayziyada olduğu kimi Hard tərkibi yarışın gedişində məcburi elan olunub…”