Cümə axşamı Fernando Alonso (McLaren), Lyuis Həmilton (Mercedes AMG), Kimi Rəykkönen (Ferrari), Colion Palmer (Renault), Karlos Sayns (Toro Rosso) və Paskal Verlyayn (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Bob Bell (Renault), Luici Fraboni (Ferrari), Yusuke Haseqava (Honda), Ayo Komatsu (Haas), Pəddi Lou (Mercedes AMG) və Pət Simonds (Wiliiams) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…