F-1.az xəbər verir ki, McLaren komandası Alonsonun maşınının bərpa edib – qazburaxma sistemi tam dəyişdirilib. Sessiyanın əvvəlində Kevin Maqnussen əyləclərin bloka düşməsi səbəbindən çınqıllı sahəyə səyahət edib, Kvyat isə son döngədə otluğa çıxıb. Rosberqin maşınından pit yolunun sonunda start prosedurunu test edərkən tüstü buludu ayrılıb, amma sürücü hərəkətə davam edib.
Sessiyanın ortasında Qutyerresin maşınında turbin imtina edib – maşını təxliyə etmək üçün virtual təhlükəsizlik maşını rejimi elan olunub. Sessiyanın sonunda Nasr yerində fırlanıb, Həmilton isə sonuncu şikanada trasdan çıxıb.
Nahardan əvvəl olduğu kimi protokollara Niko Rosberq başçılıq edib, amma bu dəfə komanda yoldaşını cəmi 0.072 saniyə qabaqlayıb. Sabah məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:32.250 | – | 35 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:32.322 | + 0:00.072 | 35 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:32.573 | + 0:00.323 | 26 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.061 | + 0:00.811 | 29 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 1:33.103 | + 0:00.853 | 34 |
6 | 11 | Serxio Peres | Force İndia | 1:33.570 | + 0:01.320 | 37 |
7 | 27 | Niko Hülkenberq | Force İndia | 1:33.873 | + 0:01.623 | 35 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:33.985 | + 0:01.735 | 37 |
9 | 77 | Valtteri Bottas | Williams | 1:34.028 | + 0:01.778 | 33 |
10 | 55 | Karlos Sayns | Toro Rosso | 1:34.086 | + 0:01.836 | 33 |
11 | 19 | Felipe Massa | Williams | 1:34.127 | + 0:01.877 | 33 |
12 | 3 | Daniel Rikkardo | Red Bull | 1:34.150 | + 0:01.900 | 29 |
13 | 8 | Roman Qrojan | Haas | 1:34.241 | + 0:01.991 | 33 |
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:34.305 | + 0:02.055 | 27 |
15 | 20 | Kevin Maqnussen | Renault | 1:34.339 | + 0:02.089 | 36 |
16 | 22 | Censon Batton | McLaren | 1:34.398 | + 0:02.148 | 29 |
17 | 21 | Esteban Qutyerres | Haas | 1:34.643 | + 0:02.393 | 11 |
18 | 30 | Colion Palmer | Renault | 1:34.760 | + 0:02.510 | 40 |
19 | 12 | Felipe Nasr | Sauber | 1:34.824 | + 0:02.574 | 26 |
20 | 94 | Paskal Verlyayn | Manor | 1:35.292 | + 0:03.042 | 30 |
21 | 31 | Esteban Okon | Manor | 1:35.400 | + 0:03.150 | 37 |
22 | 9 | Markus Eriksson | Sauber | 1:36.318 | + 0:04.068 | 26 |