F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü Suzukada hava buludlu olacaq, temperatur +23 dərəcəni aşmayacaq, yağışın yağma ehtimalı isə 20% təşkil edəcək.
Şənbə günü hava +26 dərəcəyədək qızsa da, yağışın yağma ehtimalı 60%-dək artacaq. Bazar günü yağış ehtimal olunmasa da, temperatur +22 dərəcəyədək düşəcək.
Keçən il cümə günü yağışlı olsa da, şənbə və bazar günləri quru havada baş tutmuşdu…