Yaponiya-2016: Birinci sərbəst yürüşlər

Suzukada birinci sərbəst yürüşlər böyük əhəmiyyət daşıyır. Üstəlik, şənbə gününə yağış proqnozlaşdırılıbsa və quru havada işləmək imkanının az olacağı ehtimalı varsa...

F-1.az xəbər verir ki, Mercedes AMG elə ilk sərbəst yürüş sessiyasından mövsümboyu olduğu kimi, burada da ən güclü olacağının siqnallarını verib. Çempionatın lideri Niko Rosberq həftəsonuna yaxşı başlayıb – 1:32.431. İkinci yeri tutan Lyuis Həmiltonu liderdən cəmi 0.2 saniyə ayırıb.

Mercedes AMG sürücülərinə ən yaxın Ferrari sürücüləri olublar. Lakin fərq kifayət qədər böyükdür – Fettel Rosberqə 1.1, Kimi isə 1.4 saniyə uduzub. Son yarışın qalibi Rikkardo 5-ci, komanda yoldaşı Maks isə 6-cı olub. Ən güclü üç komandanı isə Force İndia təqib edib. Hülkenberq Peresi 0.2 saniyə qabaqlayıb. Fernando Alonso 9-cu olarkən, Bottas da ilk onluğa düşən son sürücü olub.

Alonso hələ sesssiyanın əvvəlində səhvə yol verib və trasdan çıxıb. Bariyerlərlə toqquşan ispan sürücünün bolidinə zərər dəyib. Boksa qayıtmalı olan Fernando bir də sessiyanın sonuna doğru trasa çıxıb. Rəykkönen və Ferstappen də səhvə yol verərək asfaltdan çıxıblar. Palmer isə elektronik problemlərə görə sessiyanı tez başa vurmalı olub.

Sessiya quru havada baş tutub. Havanın hərarəti +21 dərəcədən +24 dərəcəyə qədər, asfaltın istiliyi isə +30 dərəcədən +35 dərəcəyə qədər qızıb. Sərbəst yürüşlərin ikinci sessiyası Bakı vaxtı ilə 09:00-da başlayacaq.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:32.431 24
2 44 Lyuis Həmilton Mercedes AMG 1:32.646 + 0:00.215 21
3 5 Sebastyan Fettel Ferrari 1:33.525 + 0:01.094 19
4 7 Kimi Rəykkönen Ferrari 1:33.817 + 0:01.386 17
5 3 Daneil Rikkardo Red Bull 1:34.112 + 0:01.681 23
6 33 Maks Ferstappen Red Bull 1:34.379 + 0:01.948 26
7 27 Niko Hülkenberq Force İndia 1:34.530 + 0:02.099 28
8 11 Serxio Peres Force İndia 1:34.767 + 0:02.336 30
9 14 Fernando alionso McLaren 1:35.003 + 0:02.572 10
10 77 Valtteri Bottas Williams 1:35.381 + 0:02.950 31
11 26 Daniil Kvyat Toro Rosso 1:35.446 + 0:03.015 23
12 55 Karlos Sayns Toro Rosso 1:35.672 + 0:03.241 27
13 22 Censon Batton McLaren 1:35.677 + 0:03.246 24
14 8 Roman Qrojan Haas 1:35.688 + 0:03.257 17
15 12 Felipe Nasr Sauber 1:35.967 + 0:03.536 15
16 19 Felipe Massa Williams 1:36.169 + 0:03.738 23
17 21 Esteban Qutyerres Haas 1:36.219 + 0:03.788 21
18 9 Markus Eriksson Sauber 1:36.294 + 0:03.863 19
19 20 Kevin Maqnussen Renault 1:36.822 + 0:04.391 30
20 31 Esteban Okon Manor 1:37.797 + 0:05.366 29
21 94 Paskal Verlyayn Manor 1:37.966 + 0:05.535 24
22 30 Colion Palmer Renault 1:37.992 + 0:05.561 13
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*