Yamaha sürücüləri keçənilki modellə yarışacaqlar

Yamaha komandasının sürücüsü Valentino Rossi Avstraliyada keçirilən qış testlərindən sonra bildirib ki, Yamaha-nın 2015-ci il motosikleti ona daha uyğundur və onunla çıxışına davam etmək istəyir...

F-1.az xəbər verir ki, Yamaha sürücüləri Valentino Rossi və Xorxe Lorenso Avstraliyanın Phillip İsland trasında keçirilən qış testlərində hansı modelin onlara daha uyğun olduğunu anlamaq üçün çox işləyiblər.

Xatırladaq ki, Sepanqda keçirilən ilk testlərdən sonra Valentino Rossi bildirmişdi ki, Yamaha-nın 2016-cı il modeli ona uyğun deyil və testlərin sonunda 2015-ci il modelinə qayıtmışdı.

İtaliyalı sürücü testlər barədə öz təəssüratlarını bildirib: “Testlərdə sadəcə bir günümüz yaxşı keçdi. Bu da pis deyil.

Bu gün iki modeli müqayisə etdik və düşünürəm ki, keçənilki modelə bənzəyən motosikleti istifadə edəcəyik.

Həm motosikletdən, həm təkərlərdən yaxşı geri bildirimlər alıram və sürətim də pis deyil. Ona görə də testlərdən razı qaldım”.

Xorxe Lorenso Malayziya testlərində hegemonluq etsə də, Phillip İsland trasında zəif təsir bağışlayıb və testləri 9-cu pillədə bitirib.

Lorenso testlərin son günündə yarış tempində məşq etdi. İspaniyalı sürücü də yeni mövsümdə 2015-ci il modelinə bənzəyən motosikleti seçəcəyini deyib: “Bütün günü köhnə təkərlərlə keçirtdim, çünki bir dəst təzə təkərimiz qalmışdı.

Axırda sürətli bir dövrə atmaq üçün trasa çıxdım və bu dəfə də Laverti qəza etdi və dövrə vura bilmədim.

Onda qərar verdik ki, yarış tempində davam edək, amma tras soyuq olduğu üçün ilk dövrədə qəza etdim. Bu gün bir neçə qəza oldu.

Motosikleti diqqətlə sürürdüm. Əyləcə bir az bərk basdım və ön tərəfdə yol tutumu itdi, qəza etdim. Ona görə də testlər mənim üçün vaxtından əvvəl bitdi.

Sepanq testlərində çox sürətli idik, amma Phillip İsland trasının quruluşu fərqli olduğu üçün nəticələr də fərqli oldu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*