F-1.az xatırladır ki, yaponiyalı istehsalçı 2022-ci ildə Fabio Kuartararo ilə son yarışa qədər çempionluq üçün mübarizə aparmış və sonda ikinciliyə razı olmuşdu.
Lakin keçən mövsüm komanda üçün asan keçmədi. Bunun əsas səbəbi isə digər sürücü Morbidellinin sadəcə 42 xal toplayaraq, 19-cu yeri tutması idi. Kuartararo mövsüm ərzində 248 xal topladığı halda, digər Yamaha-lar cəmi 89 xal yığmışdılar.
Yamaha bu ilə yeni motosikletlə başlamaq istəyirdi və keçənilki mövsümsonu tesrlərdə Valensiyaya yeni motosikletlə gəlmişdilər. Lakin sürücülər bu motordan da razı qalmamışdılar. O gündən etibarən bazada güclü iş gedir.
Yamaha komandası mövsümöncəsi qış testlərinə demək olar bir ay qalmış 2023-cü il motosikletini təqdim edib. Yeni motosikletin rəng çaları demək olar dəyişməyib. Əvəzində gözəçarpan boz rəng əlavə olunub.