Y.Zarko: Qələbə düşünmüşdüm, amma…

Pramac Ducati komandasının sürücüsü Yohan Zarko bildirib ki, yağışlı havada qələbə gözləsə də, ilk 8 dövrədə çətinlik çəkib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışın ilk dövrələrində gözə görünməsə də, sonradan sözün əsl mənasında qanadlanıb və ikinci yerə qədər yüksəlib.

Yohan Zarko: “Rəqiblərim asfaltla ilişmədən yarışın əvvəli istifadə etməyə başlayaraq üstünlük qazandılar. Məndə isə yarışın ortasına qədər vəziyyət ideal deyildi. Əslində belə hava şəraitində qələbə gözləyirdim, amma ilk səkkiz dövrədə tempim zəif idi. Motosiklet sürüşürdü və az qala qəza edirdim.

Daha sonra Aleksə çatdım və onu keçdim. Gözüm lideri axtardı, amma görmədim. Bezzekki həftəsonu ərzində çox sürətli idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*