Y.Zarko: Markes düşünmədən danışır

Pramac komandasının sürücüsü Yohan Zarko bildirib ki, Mark Markes düşünmədən danışır

F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniyadakı ikinci sərbəst yürüşlərin sonunda sürətli dövrə vurmaq üçün trasa çıxıb. O, dövrəsinə başlayanda motosikletin idarəetməsini itirib və yerə yıxılıb. Qəza vaxtı pitdən trasa qayıdan Zarko rəqibi Markesi görməyib və buna görə də ispaniyalının motosikleti Yohanın motosikletinə çırpılıb. Bu da böyük qəzaya səbəb olub. Buna baxmayaraq, hər iki sürücü də yaralanmadan insidentdən qurtulub.

Sessiyadan sonra Mark Markes bütün günahı fransalı sürücünün üstünə atıb.

Yohan Zarko: “Buna yarış qəzası deyə bilərik. Belə şeşlər ola bilər, amma olmaması daha yaxşıdır. Pit çıxışı bir az çətin yerdədir. Ancaq buna öyrəşmişik və diqqətli olmalıyıq. Xaricdə gözləyirdim. Pitdən çıxdım və sonra əyləcə basdım, çünki bir qrup sürücünün gəldyini gördüm. Bir az gözləyəndən sonra qaza basdım. O an Markın motosikletini gördüm. Bəxtim gətirdi ki, ayaqlarıma yox, motosikletə dəydi.

İlk olaraq yanıma gələ bilərdi. Sürətıi dövrəyə görə motosikletinə doğru qaçmasını anlayıram, amma qırmızı bayrağa görə problem yox idi. Markın sürüş tərzini və limitlərə qədər sıxmasını sevirəm. O çempiondur, amma danışanda özünü itirir. Danışmadan əvvəl iki dəfə düşünməlidir, çünki bunun mənim səhvim olduğunu deməsi qəbuledilməzdir. Mən yaxşı adamam və mənim üstümə şər ata bilməz.

Üç il əvvəl Morbidelli də bir insidentdən sonra məni günahlandırmışdı. Yarışdan sonra yanına gedəndə dedi ki, o an qorxduğum üçün elə danışdım.

Yaxşıyam. Fiziki cəhətdən yaxşıyam. Aşağı hissəmdən böyük zərbə aldım. Buna görə o dəqiqə həərkət edə bilmədim. Özümü qəribə hiss edirdim, amma sonradan gördüm ki, heç bir yerim qırılmayıb. Sadəcə motosikletim çox pis hala düşdü və mən yeni şassiyə keçməli oldum. Komandadakılar isə daha çox işləməli oldular”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*