F-1.az xatırlaıdır ki, fransalı sürücü Almaniyada 30 dövrəlik yarışın 19-cu dövrəsində Bred Binderin yıxılması ilə podiuma yüksəlib. Lakin o, liderlər Xorxe Martin və Françesko Banyayadan çox geridə qalıb. Yohan son dövrədə az qala əylənmədə səhv edib yıxılırdı.
Yohan Zarko: “Marko Bezzekki ilə aradakı fərqi qorumağa çalışdım və fərq azalmışdı. Sonra əylənmə zonasında ilk döngədə hərəkət edən bir şey gördüm. İlk ki sürücü qələb uğrunda mübarizə aparırdılar. O anda qəza edəcəklərini düşündüm. Ancaq bunu düşünəndə az qala özüm qəza edirdim.
Bezzekkinin arxamda olub-olmadığına baxdım. Ancaq bu anda döngəyə geniş girdim. Üçüncü döngədə yenə qorxdum, çünki təkərlərin sağ tərəfi çox çirkli idi. Son dövrəmdə 1.23.4-lük nəticə göstərdim və öndəkilərdən 2 saniyə geri qalırdım”.
Qeyd edək ki, Yohan Zarko sprint yarışları da daxil olmaqla builki beçinci podiumunu əldə edib. O, hazırda Sürücülər Çempionatında 4-cü yerdədir.