F-1.az xatırladır ki, Sebastyan Fettel bu mövsüm 2 qələbə qazandığı halda, komanda yoldaşı Rəykkönenin ən yaxşı nəticəsi 4-cülük olub. Bu bəs deyilmiş kimi, finlandiyalı sürücü bütün sıralanma turlarında komanda yoldaşından geri qalıb.
Hazırda Formula1-in ən yaşlı sürücüsü Rəykkönen bildirib ki, sazlanmaları tapmaqda çətinlik çəkir.
Yurki Yarvi Lehto: “Problemin nədən ibarət olduğunu bilmirəm və bu barədə heç nə eşitməmişəm. Amma Kimi üçün yaxşı başlanğıc olmadı. Komanda əlindən gələni edir və Rəykkönen də bilir ki, daha yaxşı nəticə göstərə bilər. Problem yaşamağa başlasanız, tənqid hədəfi olarsınız. Amma xırda problemləri həll etdikdən sonra hər şey qaydasına dönər. İnanmıram ki, sürətini itirsin. Keçən il çox güclü idi və bir qış ərzində bu qədər geri düşə bilməz”.