F-1.az xatırladır ki, yaponiyalı sürücü 2021-ci ildə zəif performans göstərib tənqid hədəfinə çevrilsə də, 2022-ci ildə özünə gəlib və təcrübəli komanda yoldaşı Qasliyə yaxın nəticələr qazanıb. İndi isə 22 yaşlı pilotun önündə yeni məqsəd var: Debütant komanda yoldaşı Nik de Vrizi məğlub etmək.
Yuki Tsunoda: “Keçənilki kimi Yaponiyada bir az vaxt keçirəndən sonra mövsüm başlamamışdan Avropaya gələcəm və idmana başlayacam. Kökəlməmək üçün Yaponiyada az qalmalıyam”.