F-1.az xatırladır ki, mövsüm Red Bull Powertrains mühərriki ilə yarışan sürücülər üçün yaxşı başlamayıb. Bəhreyndə dörd RBPT motorlu maşından üçü mübarizəni dayandırmışdı.
Pyer Qasli Səudiyyə Ərəbistanında yeni güc qurğusuna keçib. Serxio Peres isə yeni MGU-H generatoru və turbo götürüb. Maks Ferstappendə isə heç bir dəyişiklik olmayıb.
Mövsümün ilk yarışı Bəhreyndə RBPT motorlu sürücülərdən yeganə finiş görən Yuki Tsunoda olmuşdu. Komanda onun da güc qurğusuna dəyişiklik etməmişdi. Ancaq yaponiyalı sürücü ikinci sərbəst yürüşlərdə yolda qalıb. Buna görə də komanda ona üçüncü sərbəst yürüşlərdən əvvəl təptəzə güc qurğusu verib.