Y.Tsunoda: Xal zonasından düşmək ayıbdır

AlphaTauri ilk iki yarışdan sonra hələ xal hesabını aça bilməmiş iki komandadan biridir.

F-1.az bildirir ki, komandanın yapon sürücüsü dünən sona qədər komandaya mövsümdəki ilk xalları qazandırmağa yaxın olub, lakin finişə 4 dövrə qalmış, Kevin Maqnussenə keçilib.

Yuki Tsunoda: “Mən 11-ci yeri tutdum – sona cəmi dörd dövrə qalmış mövqeyi itirmək ayıbdır. Komanda əla iş gördü və hər şeyi mükəmməl etdi. Orta təkərlərdə yüksək sürətim var idi – sıralanma turu ilə müqayisədə daha sürətli idik. Komanda ilə birlikdə əldə etdiklərimizdən razıyam, eyni zamanda xal qazana bilmədiyim üçün məyus oldum.

Melburnda daha güclü qayıdacağıq – komanda növbəti mərhələyə yeniliklər gətirəcək. Biz artıq bütün diqqətimizi növbəti mərhələyə cəmləmişik və maşından maksimum yararlanmağa çalışacağıq. Komanda orta qrupda yaxşı yerlər uğrunda mübarizə aparmaq və ardıcıl olaraq xallar qazanmağa başlamaq üçün tam fədakarlıqla işləməyə davam edəcək”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*