Y.Tsunoda xal qazandığı üçün sevinclidir

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda komandasına 1 xal qazandırdığı üçün sevinclidir.

F-1.az xatırladır ki, yaponiyalı sürücü şənbə günü səhvlər edib geridə qalsa da, əsas yarışda 10-cu olaraq, 1 xal qazana bilib.

Yuki Tsunoda: “Start yaxşı idi. Xüsusən də, ilk pitə qədər sürətli idik. Məncə, Astonla yaxın tempdə gedirdik. İlk pitə qədər olan müddət xal qazanmağımızda vacib rol oynadı, çünki Alpine də bizdən sürətli idi.

Doğrudan da çox sevincliyəm. Komanda hər şeydən əvvəl yaxşı işlədi. Bolid yarışda uçurdu və hədəfimiz bazar günü xal qazanmaq idi.

Buna görə də yağışda çətinlik çəkəcəyimizi gözləyirdik. Lakin yağışda da işlər qaydasında idi. Cümə günü 11-ci olduq. Yarışda isə boliddən maksimumu aldım. Xoşbəxtəm. Son iki yarış çətin keçmişdi. Şənbə günü isə qorxunc keçdi. Bu gün isə hər şey qaydasında idi.

Uzun müddət idi ki, xal qazanmırdıq. Əvvəlki yarışlarda problem yaşasam da, indi sevincliyəm. Boliddə özümü yaxşı hiss edirəm. Bu nəticə komanda üçün yaxşı olacaq və hamıya stimul verəcək. İndi isə dincəlmək və mövsümün ikinci yarısına hazırlaşmaq vaxtıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*