F-1.az xatırladır ki, yaponiyalı sürücü keçən il çox qeyri-stabil performans göstərirdi. Bunu görən komanda onu İtaliyaya köçürdü və xüsusi idman proqramı tətbiq etməyə başladı.
Yuki Tsunoda: “Əvvəlki illərdə bu qədər problem yaşamamışdım. Komanda rəhbəri Frants Tost keçən il fiziki cəhətdən məndən yaxşı idi. O hər səhər saat altının yarısı durur və qışda belə 10 kilometr qaçır. Mən həyatımboyu bunu etməmişəm. Hər gün belə işləməsinə heyran qaldım. Neçə yaşı var bilmirəm. Haradada 60 olar, amma çox yaxşı qalıb.
Bu il formama daha çox fikir verirəm və eyni halların təkrarlanmasına icazə vermirəm”.