F-1.az xatırladır ki, yaponiyalı sürücü bu il sadəcə 5 yarışdan xal ala bilib. Buna baxmayaraq, AlphaTauri onunla olan müqaviləni daha bir il uzadıb.
Yuki Tsunoda: “Sözün açığı, mövsümün ilk yarısı çox qeyri-stabil idim. Buna görə də komandada daha bir il qaldığım üçün təəccübləndim. Komanda ya təşəkkür edirəm. Növbəti mövsüm özümü sübut etmək üçün şansım var. Bu il də əlimdən gələni edəcəm.
Çox səhv elədim və komandanı xərcə saldım. Xüsusən də, Macarıstanda birinci sessiyada qəza edib cümə gününü məhv etmişdim. Ondan sonra inanmırdım ki, komandada qalım. Frants Tost və Helmut Marko məndən stabil çıxış gözləyirdilər. Anca qmən özümü inkişaf etdirə bilmirdim. Nə deyim bilmirəm. Çox təəccüblüyəm”.