Y.Tsunoda: Sürətlənməliyik

AlphaTauri-nin yaponiyalı sürücüsü ilk yarışlarda xal qazanmasa da, Ciddədə finişə çatdıqdan sonra nikbin görünüb...

F-1.az xəbər verir ki, gənc sürücü bir qədər sürətlənməli olduqlarını düşünür.

Yuki Tsunoda: “Yarışda bu qədər rəqabətli olacağımızı təsəvvür etmirdik. Mən daha pisini gözləyirdim, amma mühəndislər və mexaniklər əla iş gördülər. Ciddədə, düzlüklərdə və yüksək asfaltayatma qüvvəsi tələb edən bir neçə döngədə sürət itkisini kompensasiya etmək üçün birinci sektorda var gücümlə sürməli oldum.

Sonda Maqnussenlə mübarizədə yerimi itirərək xal zonasından kənarda qaldım. Hamımız əsəbiləşdik, amma mən əlimdən gələni etdim, maşının imkan verdiyinin ən yaxşısını etdim və xallar üçün mübarizə apardım. Bu, komanda üçün müsbət haldır. Ümid edirəm ki, mövsüm irəlilədikcə biz də irəliləyəcəyik və növbəti yarışlarda xal qazana biləcəyik.
Potensialımı göstərməyim vacibdir. Əgər mən də eyni ruhda hərəkət etsəm, o zaman bir gün yarışı ilk onluqda bitirmək şansı qazanacağam – bundan maksimum istifadə etmək lazımdır.
Komanda yeniliklər hazırlayır. Onların necə işlədiyini görəcəyik. Çox şey gözləməzdim, amma ümid edirəm ki, maşın daha sürətli gedər. Xallar uğrunda ardıcıl mübarizə aparmaq üçün bu lazımdır”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*