F-1.az xatırladır ki, AlphaTauri komandası Silverstouna yeniliklər gətirsə də, Yuki Tsunoda bundan razı deyil. Komanda cümə sərbəst yürüşlərini 18 və 19-cu yerdə bağlayıb.
Yuki Tsunoda: “Buraya çoxlu yenilikır gətirdik. Amma hazırda inkişaf etdiyimizi deyə bilmərik. Nəyi düzəldə biləcəyimiz nəzərdən keçirməliyik, çünki indiyə kimi çox çətinlik çəkdik.
Boliddəki əsas problem saf sürət problemidir. Əgər sıralanma turunda ikinci sessiyaya çıxsaq və 11-ci olsam, çox sevinəcəm. Sözün açığı, hədəfim üçüncü sessiyadır, amma hər şeydən əvvəl ikinci sessiyaya qalmalıyam. Hələlik hədəf budur.
Təbii ki, xal almaq istəyərəm, amma hazırda bolidin performansını mümkün qədər artırmaq üçün nələr edəcəyimə köklənmişəm”.