F-1.az bildirir ki, komandanın sürücüləri artıq yeni maşınla tanışdırlar və ondan çox şey gözləyirlər.
Yuki Tsunoda: “Əsas məqsədim hər yarışda stabil çıxış etmək, xal qazanmaqdır. İstəyirəm ki,hər şey nəzarət altında olsun və komanda ilə daha yaxşı əlaqə saxlaya bilim, ardıcıl olaraq sıralanma turunun son mərhələsinə yüksəlim və yarışlarda xal qazanım.
İndi ilk mövsümdən ən yaxşı keyfiyyətlərimi saxlayaraq tamam başqa səviyyədə çıxış edirəm. Mən vəziyyətə daha yaxşı nəzarət edirəm, komandanın işinə daha çox cəlb olunuram, çox şey öyrənmişəm və maşının hazırlanmasında fəal iştirak edirəm.
Yeni rəng çalarlarımızı təqdim etmək üçün Nyu Yorkun seçilməsi çox gözəldir. Klassik AlphaTauri rəngləri maşında əla görünür və mən onu sınamaq üçün səbirsizlənirəm!”.