F-1.az xatırladır ki, yaponiyalı sürücü hazırda AlphaTauri-nin lider sürücüsüdür.
Yuki Tsunoda: “Monakoda böyük ehtimalla keçən ildən qalma əyləc problemimiz var idi. Ancaq bu daha çox Pyerdə olurdu. Doğrudan da əyləci hiss etmirəm. Onlar qızmırlar və buna görə də yağışda sürmək olmur. Bu hal təkərləri soyudur və işlər daha da pisləşir. Yağış da işləri pisləşdirir. Bu bir az utancverici haldır, çünki əyləcləri qızdırmaq üçün rəqiblərimdən çox iş görürəm. Monakoda çox məyus oldum, çünki yağışa qədər sürətim yaxşı idi. Doqquzuncu yerdə rahatlıqla gedirdim və hər şey yaxşı idi. Problemi görürük və gələcəkdə onu düzəltmək üçün çalışırıq. Bu da çox vacibdir.
Bolidimizin tərzi Monakoya uyğun idi, çünki tras aerodinamik yox, mexanik trasdır. Azərbaycandakı kimi mexaniki asfaltla ilişmə trası idi. Düzünü desəm, İspaniyada buna oxşar şey gözləmirik, çünki bura tamamilə fərqlidir və daha çox aerodinamik performans tələb edir. yəni burada yaxşı performans göstərsək, o deməkdir ki, düzgün addımlar atmışıq. Yarış həftəsi başlayana qədər bunu bilməyəcəyik. Burada inkişaf gözləyirəm.
Xüsusən də sıralanma turunda çox zəifik. Əyləcə basanda bolid daha çox titrəyəcək. Bu da balansı pozacaq və bunu istəmirik. Asfaltayatma qüvvəsi də zəif tərəfimizdir. Çox çatışmaz tərəfimiz var. Balans yaxşdır. Ancaq asfaltayatma qüvvəsinə görə bolis çox sürüşür və düzlükdə manelərlə qarşılaşır. Bunu təkmilləşdirməliyik.
Hədəflərimdən biri də həm öz komandama, həm də digər komandalara dəyərimi göstərməkdir. Pyer komandadan gedəndən sonra bolidin inkişafında üzərimdəki təzyiq artdı. Bu komandaya çox güvənirəm və hazırda gücləndiyimizi düşünürəm. Özümü daha məsuliyyətli hiss edirəm və bu yaxşı şeydir. İndiyə kimi bundan razıyam. Görək gələcəkdə nə olur. Ancaq bu həm performansdan, həm də komandadan asılıdır. Lakin 2026-cı ildə Red bull-a keçsəm, əla olar”.