F-1.az xatırladır ki, yaponiyalı sürücü yarışa 8-ci yerdən başlasa da, finişə 7-ci yerdə çatıb və Bəhreyndən sonra ilk dəfə xal qazanıb.
21 yaşlı pilot ikinci startdan əvvəl 6-cı yerdə olsa da, yenidən startda həm Norris, həm də Alonso onu keçib.
Yuki Tsunoda: “Çox məyusam. Qırmızı bayrağa qədər göstərdiyim performansdan razı qaldım. Qırmızı bayraqdan sonra iki yer itirdim. Yerimi qorumaq üçün əlimdən gələni etdim. Belə hallarda yerimi necə qoruyacağımı öyrənməliyəm. Son iki dövrədə çox məyus oldum. Komanda yoldaşımı təbrik edirəm. Məncə, əla işlədi. Komanda üçün çox xoşbəxtəm. Üzərimdə işləməliyəm”.