Y.Tsunoda: Okona az cəza verdilər

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, Okona görə xalsız qalıb.

F-1.az xatırladır ki, yaponiyalı sürücü yarışa 8-ci yerdən başlasa da, Okonla mübarizədə bolidi zədələnib və mübarizəni dayandırmalı olub. İnsidenti araşdıran stüardlar Okona 5 saniyə cəzası veriblər. Buna baxmayaraq, fransalı sürücü 8-ci yeri tutuaraq, vacib xallar qazanıb.

Yuki Tsunoda: “Yarışın əvəlində bolidim zədələndi və vəziyyət getdikcə pisləşirdi. İnsidentin təkrarına baxdım və ona yetəri qədər boşluq qoymuşdum. Amma Okon idarəetməni itirərək bütün yarışımı məhv elədi. Beş saniyə cəza çox az idi. Bolidi zədələnmədi və xal qazandı. Yaxşı sıralanma turu keçirəndən sonra belə geridə qalmaq məyusedicidir. Yeniliklər gətirsək də, xalsız qaldıq.

İndi isə Macarıstan barədə düşünməliyik. Orada yaxşı performas göstərməliyik. Bolidimiz güclüdür. Buna görə də pozitiv qalmağa davam edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*