F-1.az xatırladır ki, Formula1-də bu il debüt edən yaponiyalı sürücü bəzən yaxşı performans göstərsə də, əksər hallarda Qaslinin kölgəsində belə qalmağı bacarmayıb.
Yuki Tsunoda: “Gələcəyimlə bağlı nə vaxt qərar çıxar bilmirəm. Amma əminəm ki, bu həftə olmayacaq. Gələn il peletonda olmaq şansım 50 faizdir. İndiyə kimi enişli-yoxuşlu performans göstərdim. Stabil deyildim. Bunu düzəltməliyəm. Stabilliyə ehtiyacım var. Bəzən güclü oluram, bəzən isə çox zəif. Təkmilləşməliyəm”.