Y.Tsunoda: Maşına arxayın idim

Yapon sürücü bu il ikinci dəfə sıralanma turunda son sessiyaya yüksələ bilib və sabahkı yarışa doqquzuncu yerdən başlayacaq.

F-1.az xatırladır ki, onun işləri heç də yaxşı getməyən və mövsümün ortasında əsas sürücü kimi yerini itirəcəyi danışılan komanda yoldaşı Nik de Friz isə 12-ci olub və bu, niderlandlı sürücünün cari mövsümdə ən yaxşı nəticəsidir.

Yuki Tsunoda: “Komandanı təbrik edirəm. Dünənki məşqdə bir çox problem yaşadıq, amma bu gün irəliyə doğru böyük addım atdıq. Üçüncü sessiyanın lap əvvəlində maşının davranışında müsbət dəyişikliklər hiss etdim və sıralanmadan əvvəl biz daha çox şey əlavə edə bildik. Mexaniklər və mühəndislər əla iş gördülər.

Maşına arxayın idim, xüsusən sıralanmanın ilk hissəsində son cəhddə yaxşı idi. Əyləndim və ilk dəfə Monakoda keçirilən təsnifat mərhələsinin finalına çıxdım – bu, əladır. Mən öz çıxışımdan razıyam və sabah yarışa ilk onluqda başlayacam, ona görə də xal qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Yukinin hazırda hesabında 2 xal var, komanda yoldaşı isə hələ də xal hesabını aça bilməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*