Y.Tsunoda həyəcanlıdır

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda Mayami yarışından əvvəl həyəcanlıdır.

 

F-1.az xatırladır ki, yaponiyalı sürücü İmolada yaxşı performans göstərərək, 7-ci olub.

Yuki Tsunoda: “İmola çətin keçdi və bazar günü aldığım nəticədən razı qaldım. Sıralanma turu bozom üçün çətin keçdi. Ancaq sprint yarışında yaxşı nəticə göstərdim və 4 yer qazandım. Əsas yarışda isə əla ötmələrlə yeddi yer qazandım. Aktivimə əla xallar yazdım. Formula1 karyeramın ən yaxşı xallarından biri idi.

İndi Mayamiyə gedirik. Hamı üçün yeni trasdır. Ancaq üç sərbəst yürüş var və yaxşı hazırlaşa bilərik. İlk iki sektor sürətli olacaq. Üçüncü sektorda isə yavaş döngələr var və Formula E trasını xatırladır. Orada sürmək maraqlı olacaq. Ötmə etmək elə də asan deyil. Buna görə də sıralanma turu vacibdir. Cümə günü yaxşı işləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*