F-1.az xatırladır ki, yaponiyalı sürücü Türkiyə yarışında Həmiltonla mübarizə aparmış və rəqibini bir neçə dövrə arxasında saxlaya bilmişdi.
Yuki Tsunoda: “Bundan həzz aldım. Onu səkkiz dövrə arxamda saxlayacağımı gözləməzdim. Buna görə də yaxşı idi. Daha sonra yerimdə fırlandım. Lakin o ana qədər hər şey gözəl idi.
Davamlı güzgülərə baxırdım. Məni keçəndən sonra sürətlə fərqi açdı və onu görə bilmədim. Ancaq mənə hücum edərkən yoxladığı trayektoriyalardan çox şey öyrəndim”.