F-1.az xatırladır ki, yaponiyalı sürücü Formula1-də debüt edəndən Qasli ilə komanda yoldaşı olub. Lakin bu il onların yolu ayrılıb və Pyer Alpine komandasına transfer olunub.
Yuki Tsunoda: “Bu il hər yarış daha da gücləndim və performansımdan razıyam. Hələ də inkişaf etməli və daha stabil olmalıyam. Lakin gələnilki hədəflərim barədə daha qətiyəm.
Pyerə isə təşəkkür edirəm. O olmasa, bu qədər inkişaf edə bilməzdim. Ondan çox şey öyrənmişəm. Onunla işləməkdən həzz alırdım. Onsuz çox darıxacağam”.