Y.Tsunoda: Düzlükdə zəifik

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, düzlük sürəti ən zəif nöqtələridir.

F-1.az xatırladır ki, AlphaTauri bu mövsüm 6-cı yeri hədəf seçsə də, Bəhreyndə zəif görünüblər.

Yuki Tsunoda: “Bəhreyn yarışının startında bir neçə yer itirdim və tempim zəif idi. Sürətimiz istədiyimiz kimi deyil. Rəqiblərin arxasında idim və döngələrdə sürüşürdüm. Buna görə də təkərlər qızırdı. Bolidin asfaltla ilişməsi pisdir. Ümid edirəm ki, sürətlənərik.

Nə qədər tez inkişaf etsək, o qədər yaxşıdır. Əks halda Bəhreyndəki nəticələr təkrarlanacaq. Hazırda DRS-də belə Williams-a 12 km/saat uduzuruq. Bolidd çox manelərlə qarşılaşır və ilişmə azdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*