Y.Tsunoda: Axmaq səhvi etdim

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, sıralanma turunda axmaq qəza edib.

F-1.az xatırladır ki, Bəhreyndə debüt yarışında xal alan yaponiyalı sürücü, İmoladakı sıralanma turunda qəza edib. Variante Alta şikanının çıxışında bolidinin idarəetməsini itirən gənc pilot sessiyanı vaxtından əvvəl bitirməli olub.

Yuki Tsunoda: “Düzünü desəm, döngənin girişində bolidi çox sıxdım. Ona qədər hər şey qaydasında idi. Birinci sessiyada bir dəst təkərlə növbəti mərhələyə qalmaq mümkün idi. Sadəcə çox həyəcanlandım və axmaq səhvi idi. Komandaya görə məyusam. Yarışda əlimdən gələni edəcəm.

Ümid edirəm yarışda yağəş yağar və ondan istifadə edərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*