F-1.az xatırladır ki, isveçrəli komanda testlərin 6-cı günündə 160 dövrə vuraraq hamını təəccübləndirib.
Yorq Tsander: “Qəribə gün idi. Şarl 160 dövrə vurdu və bizim üçün faydalı məlumatlar topladılar. Mexaniklər sazlanmaları yoxladı və fərqli təkər növlərinin performansını dəyərləndirdi. Bu mövsüm ilk dəfə yarış tempində sürdük. Önümüzdə çox iş var”.