F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün bitməsinə 5 yarış qalmış əsas rəqibi Həmiltondan 34 xal geri qalır.
Yoxen Mass: “Hələ çox xal toplaya bilər. Amma Lyuis bundan sonra çətin ki, çempionluğu əldən versin. Sebastyan Malayziyada əla iş görsə də, bu ona kömək etmədi. Amma çempion olmaq istəyirsə, Yaponiyada mütləq qələbə qazanmalıdır. Bu tras onlar üçün əlverişlidir. Burada Mercedes-i qabaqlaya bilərlər. Braziliyada da üstün olacaqlar, amma digər traslarda vəziyyət elə görünmür. Lyuisi çempionluğa daha yaxın görürəm”.