F-1.az xatırladır ki, Kevin karyerasının əvvəlində bəzi problemlərlə üzləşsə də, son iki ildə Haas komandası ilə mükəmməl performans göstərə bilib.
Yan Maqnussen: “Çox qürurluyam. Özünü Formula1-də isbat etdi və buna görə xoşbəxtəm. İnsanlar ona hörmət edirlər və bu, gözəl şeydir. Kevin artıq paddokun sevilən adamlarından biridir. Bəziləri onu sevməyə bilər, amma bu hal onu maraqlandırmır”.