Yos Kapito: “Biz Loqanın inkişafını gördük və mövsümün ortalarında qərara gəldik ki, o, super lisenziya almaq üçün kifayət qədər xal toplasa, Formula1-ə mümkün qədər tez keçməsi düzgün olardı. Loqan komandanı gəncləşdirəcək. Təbii ki, onun təcrübəsi azdır, amma əminəm ki, tez öyrənəcək. Ondan çox böyük gözləntilərə yol verməməliyik, çünki Formula1 bütün digər seriyalardan qat-qat çətin çempionatdır. Biz ona uyğunlaşmaq və səhv etmək imkanı verəcəyik, amma əminəm ki, çox sürtəli öyrənəcək.
Sarcent bu il özünü nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Bizim gənclik proqramımız bu işdə ona çox kömək etdi. Fiziki hazırlığını artırıb, mətbuatla işləməyi öyrənib və indi növbəti addım olan Formula1-də yarışmağa hazırdır. Əminəm ki, onu parlaq gələcək gözləyir.
Şübhə etmirəm ki, Loqan həm də Aleksander Elbondan çox şey öyrənəcək və Aleks bu işdə ona kömək edəcək. Ümid edirəm ki, mövsüm ərzində onlar rəqabət aparacaqlar və ən azı sıralanma mərhələsində Loqan Aleksin səviyyəsində olacaq. Yarışlara gəldikdə, bu, daha çox vaxt aparacaq və mövsümün sonuna qədər bizim sürücülərimiz təxminən eyni səviyyədə çıxış etsələr, əla olar”.