Y.Kapito: De Friz layiq olduğu yerə gəldi

Williams komandasının rəhbəri Yost Kapito Nik de Frizə təriflər yağdırıb.

F-1.az xatırladır ki, İtaliya yarışından əvvəl Aleks Elbon kor bağırsağından əməliyyat olunmuş və onu Nik de Friz əvəz etmişdi. Niderlandlı sürücü yarışı 8-ci yerdə bitirətək, debüt yarışından xalla ayrılmışdı.

Yost Kapito: “Aleksin vəziyyəti bizi şoka salmışdı. Yaxşı sürücü ilə yarışmalı idik. Niki bir il idi tanıyırdıq. Yaxşı münasibətimiz var idi. Buna görə onu yarışdırmaq çətin olmadı. Bu şansı ona verməli idik. Şans çox işləyən sürücülərin əlinə keçər. Nik də buna yaxşı misaldır.

Uzun illərdir paddokdadır və inkişaf edir. Formula1-ə gəlmək istəyirdi. Heç vaxt hirslənməyən və məyus olmayan adamdır. Axır ki, Formula1-də yarışacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*