Y.Haseqava: “Vandorn yapon mədəniyyətini yaxşı bilir”

Honda Motorsport-un rəhbəri Yasuke Haseqava inanır ki, Stoffel Vandornun təcrübəsi komandaya 2017-ci ildə kömək edəcək...

F-1.az xatırladır ki, Stoffel Vandorn McLaren-də bir mövsüm test və ehtiyat sürücü kimi çıxış edib və belçikalı gələn mövsümdən etibarən McLaren-in yarış sürücüsü olacaq.

Vandorn bu il Bəhreyn yarışında çıxış etmişdi və Formula1 karyerasının ilk yarışından xalla ayrılmışdı. Belçikalı sürücünün komanda yoldaşı ikiqat Dünya Çempionu Fernando Alonso olacaq.

Vandorn 2015-ci ildə GP2 üzrə Dünya Çempionu olmuşdu və bu mövsüm Yaponiya Super Formula-sında mübarizə aparıb.

Haseqava inanır ki, Honda Vandornun təcrübəsindən faydalana biləcək: “O, son illərdə yapon mədəniyyətinin içində olub. O, bizim hisslərimizi və yaponiyalılarla münasibətin nə qədər çətin olduğunu bilir. Düşünürəm ki, bu, bizim üçün yaxşı olacaq. Bu mövzuda bizə kömək edə bilər.

O, çox güclü və çox ağıllı sürücüdür. Xüsusən də, Bəhreyndəki performansı mükəmməl idi. Orada özünü sakit saxlaya bildi. Yeni bir bolidlə bu qədər sürətli olması təəccüblü idi. Vandorn bolidi qış aylarında test etsə də, Bəhreyndə ilk dəfə yarışdı və yaxşı performans göstərdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*