F-1.az xatırladır ki, mühərriyi inkişaf etdirmək üçün Honda-nın ixtiyarında 14 şərti bal qalıb.
Renault, Ferrari və Mercedes mühərriyi inkişaf etdirmək üçün mövsümün əvvəlindən bəri ixtiyarlarında olan şərti ballardan istifadə ediblər, amma Honda hələ də mühərrikdə heç bir yenilik etməyib.
Yasuke Haseqava bildirib ki, Honda bu şərti balları böyük yeniliklər üçün istifadə edəcək: “Təbii ki, siz gözləyirsiniz ki, yeniliklər gətirək və inkişaf ballarımızdan istifadə edək. Amma biz bunu nə vaxt edəcəyimizə qərar verməmişik.
Əlimizdə inkişaf üçün ballar var, amma bunları kiçik addımlar üçün istifadə etmək istəmirik. Bu balları yavaş-yavaş və effektiv şəkildə istifadə etmək istəyirik.
Bu yeniliklərin nəticəsində yaxşı nəticələr almalıyıq. Ümid edirəm ki, irəliyə doğru addımlar ata bilərik. Eşitdiyimə görə, bəzi detallar bizə yaxşı nəticələr qazandıra bilər. Amma bu detalları tətbiq etməmişdən əvvəl, bunlardan maksimumu almalıyıq. Hazırda daxili yanma mühərriyinə və ERS sisteminə fokuslanmışıq”.
Haseqava 2017-ci ildə şərti bal sisteminin ləğv edilməsinə görə məmnundur: “Mən sevinirəm ki, 2017-ci ildə şərti bal sistemi ləğv olunacaq. Amma bu mühəndislər üçün böyük problemlər yaradacaq.
İnkişaf etməkdə sərbəst olacayıq və bu yaxşıdır, amma mühərrik istehsalçılarının xərcləri artacaq”.