Y.Haseqava Sauber-ə motor vermək məsələsinə münasibət bildirib

2015-ci ildə McLaren-i motorla təchiz edərək Formula1-ə qayıdan Honda-nın növbəti illərdə başqa bir komandaya da motor vermək istədiyi çoxdan məlumdur.

F-1.az xəbər verir ki, Honda Motorsport-un başçısı Yusuke Haseqava bildirib ki, başqa bir komandaya motor verməkdə maraqlı olsalar da, Sauber-lə heç bir danışıqlar aparılmayıb. 2017-ci ildə Ferrari-nin builki motoru ilə çıxış edəcək Sauber-in 2018-ci ildə Honda motoruna keçəcəyi danışılsa da, Honda rəsmisi bunu təkzib edib.

Yusuke Haseqava: “2018-ci ildə ikinci bir komandaya da motor verməyə hazırlaşırıq, lakin hələ dəqiq planımız yoxdur. Bu, istənilən komanda ola bilər. Ciddi şəkildə analiz edərək yekun qərarımızı verəcəyik”.

Xatırladaq ki, keçən il Renault ilə münasibətləri pozulan Red Bull komandası Ferrari və Mercedes-dən motor almaq istəyinə müsbət cavab ala bilməmiş, Honda-dan motor almaq istəsə də, McLaren bu istəyə veto qoymuşdu…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*