Y.Haseqava: “İnkişaf edirik”

Honda Motorsport-un rəhbəri Yasuke Haseqava bildirib ki, mühərrik cəhətdən yaxşı vəziyyətdədirlər.

F-1.az xatırladır ki, yapon istehsalçı gələn ildən etibarən Toro Rosso komandası ilə işləyəcək.

Yasuke Haseqava: “Montsadan etibarən mühərriyi daha yaxşı vəziyyətə gətirə bildik. Xüsusən də Braziliyada yeni versiyalı mühərriklə yaxşı nəticə aldıq. Bunda Fernandonun da əziyyəti böyükdür, amma mühərrik cəhətdən çox yaxşı vəziyyətdəyik. Təbii ki, performansımız trasdan-trasa dəyişir, amma son yarışlarda bütün traslarda güclü idik. Vaxt keçdikcə daha da güclü olacağıq. Hazırda doğru yoldayıq və belə davam etsək, gələn il daha güclü ola bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*